DÜNYA


Nepalda sərnişin avtobusunun aşması nəticəsində 33 nəfər ölüb [YENİLƏNİB]

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Nepalda sərnişin avtobusunun aşması nəticəsində 33 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Anadolu agentliyinin məlumatına görə, paytaxt Katmandunun 80 kilometr şərqindəki Deurali kəndinin dağlıq Arniko avtomagistralında aşan avtobus 150 metr sürüşüb. Avtobusun tutumundan çox sərnişin daşıdığı bildirilir.

Nepalda yol qəzalarının çoxu iyun ayında başlayan və sentyabr ayında sona çatan musson yağışlarının güclü olduğu dövrdə baş verir. Baxımsız yollar ölkədəki avtobus qəzalarının artmasına səbəb olur.

16:06

Bakı, 15 avqust, AZƏRTAC 

Nepalda Kavrepalançok dairəsində avtobusun dərinliyi 150 metr olan yarğana aşması nəticəsində azı 31 nəfər həyatını itirib. 

Yerli KİV-in məlumatına görə, qəza zamanı avtobusda 60-dək sərnişin olub.

14:52

Nepalda Kavrepalançok dairəsində azı 40 sərnişinin olduğu avtobus dərinliyi 150 metr olan yarğana aşıb. Bu barədə SİNXUA agentliyi məlumat yayıb. 

Paytaxt Katmandudan hərəkətə başlayan avtobusun aşma səbəbi, ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.