DÜNYA
Nepalda zəlzələ nəticəsində həlak olanların sayı 4138 nəfərə çatıb
Bakı, 27 aprel, AZƏRTAC
Nepalda aprelin 25-də baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı durmadan artır.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin jurnalistlərə təqdim etdiyi məlumata əsasən, həlak olanların sayı 4138 nəfərə çatıb, 6,5 min nəfərdən çox insan isə yaralanıb. Bu məlumatların yekun nəticə olmadığı və rəqəmlərin daim yeniləndiyi bildirilir.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Nepala yardım üçün 33,5 milyon İsveçrə frankı (təxminən 31 milyon dollar) toplamaq barədə beynəlxalq çağırış elan edib. Bu vəsait zəlzələ qurbanlarının dəfni, yaralılara tibbi yardım və evlərini itirmiş ailələr üçün müvəqqəti yaşayış yerlərinin təşkilinə yönələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]