DÜNYA
Nepalda zəlzələ qurbanlarının sayı 876 nəfərə çatıb
Bakı, 25 aprel, AZƏRTAC
Son məlumatlara görə, Nepalda baş verən güclü zəlzələ nəticəsində 876 nəfər həlak olub. Təbii fəlakət qurbanlarının sayı artmaqda davam edir.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Nepal Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi tərəfindən səsləndirilib.
Qeyd edək ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin afterşokları Hindistanın paytaxtı Nyu-Dehli şəhərində, həmçinin ölkənin bəzi şərq və şimal-şərq ştatlarında da hiss olunub. Telekanallar 20 nəfərin öldüyünü, 100-dən artıq insanın isə yaralandığını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]