DÜNYA


Neptunun ətrafında müəmmalı kosmik obyekt tapılıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC 

Beynəlxalq tədqiqat qrupu Neptun planeti ətrafında Günəş sisteminə xarakterik olmayan orbitə malik obyekt tapıb. Bu barədə “New Scientist” xəbər portalı məlumat yayıb.

Mütəxəssislərin qiymətlərdirmələrinə görə, qeyri-adi tapıntı Neptundan 160 min dəfə daha sönükdür. Onun diametri təxminən 200 kilometr təşkil edir.

Alimlər bildirirlər ki, kosmik cisim Günəş sisteminə xarakterik olmayan orbitdə hərəkət edir. Belə ki, obyekt Günəş ətrafında digər planetlərə nisbətən perpendikulyar dövrə vurur. Müəmmalı tapıntıya Niku adı verilib. Bu da Çin dilindən tərcümədə “üsyankar”, “tabe olmayan” mənasını verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.