İQTİSADİYYAT


“Nəqliyyat agenti” adlı yeni online layihə yaradılıb

A+ A

Bakı, 11 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi tərəfindən “Nəqliyyat agenti” adlı yeni online layihə yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, tezliklə Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat agenti” adlı yeni online layihəsi həm yeni yaradılan “Youtube” kanalı, həm də facebook səhifəsi vasitəsilə təqdim olunacaq.

N.Allahyarova qeyd edib ki, verilişdə qonaq olan ekspertlər həftə ərzində vətəndaşlardan daxil olan sualları cavablandıracaq, şikayətlərə münasibət bildirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.