REGİONLAR


Nəqliyyat naziri Ağstafada vətəndaşları qəbul edib

A+ A

Ağstafa, 12 avqust, Famil Quliyev, AZƏRTAC

Nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa rayonunda vətəndaş qəbulu keçirib.

AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nəqliyyat naziri Ziya Məmmədov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra nazir Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Daha sonra Ziya Məmmədov Tovuz, Qazax, Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, Tovuz-Qaraxanlı avtobus marşrut xəttinin Qədirli kəndi ərazisindən keçməklə uzadılması, Ağstafa-Qırılı avtobus marşrut xəttinin uzadılması, Ağstafa–Qaçaq Kərəm yeni avtobus marşrut xəttinin açılması, Ağstafa rayonunda müasir avtovağzal binasının tikintisi təklif olunub. Eyni zamanda, Qazax-Qazaxbəli (Yeni qəsəbə) marşrutu üzrə sərnişindaşıma fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması və nəzarətin gücləndirilməsi xahiş edilib.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılması üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.