REGİONLAR


Nəqliyyat naziri Ağsuda vətəndaşları qəbul edəcək

Bakı, 14 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Şamaxı, İsmayıllı və Ağsu rayon sakinlərinin yalnız nəqliyyat məsələləri ilə bağlı müraciətləri dinləniləcək, mövcud nəqliyyat problemləri araşdırılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 19-u saat 09:00-dan 18:00-dək Şamaxı şəhəri, 48-ci məhəllə, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, Ağsu şəhəri, M.Rəsulzadə küçəsində qeydiyyatdan keçərək qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.