REGİONLAR


Nəqliyyat naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib

A+ A

Ağsu, 21 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsuda vətəndaş qəbulu keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, nazir Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, İsmayıllı rayonunun yeni salınmış “XVI məhəllə” qəsəbəsinə və 8 mindən çox əhalisi olan Ağsu-Cəlayır-Hacıuşağı kəndlərinə yeni marşrut xəttinin açılması təklif olunub. Eyni zamanda, Ağsu şəhər avtovağzalının işlək vəziyyətə gətirilməsinə kömək göstərilməsi xahiş edilib.

Qəbulda İsmayıllı və Ağsu rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.