REGİONLAR


Nəqliyyat naziri Cəlilabadda vətəndaşları qəbul edib VİDEO

A+ A

Cəlilabad, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC

Nəqliyyat naziri Ziya Məmmədov noyabrın 25-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciət və təkliflərini dinləyib.

AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Ziya Məmmədov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanışlıq olub.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən Cəlilabad-Uzuntəpə marşrut xəttinə əlavə avtobusların buraxılması, Cəlilabad rayonunun Cavadxan küçəsindən keçməklə ikinci şəhərdaxili marşrut xəttinin açılması, Biləsuvar şəhər mərkəzindən kəndlərə hərəkət edən avtobusların şəhər avtovağzalından hərəkətinin təşkili, əvvəllər mövcud olmuş Lənkəran-Qazax marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub.

Qəbulda, həmçinin Masallı, Biləsuvar və Cəlilabad rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə edilib.

Vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərlə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.