REGİONLAR


Nəqliyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Goranboy, Tərtər rayonları və Naftalan şəhərinin sakinlərinin yalnız nəqliyyat məsələləri ilə bağlı müraciətləri dinləniləcək, mövcud nəqliyyat problemləri araşdırılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 5-i saat 09:00-dan 18:00-dək Goranboy şəhəri, Heydər Əliyev prospekti 110, Tərtər şəhəri, Şıxəli Qurbanov küçəsi 1, Naftalan şəhəri, Heydər Əliyev prospekti 1-də qeydiyyatdan keçərək qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.