REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşlarla görüşəcək
Bakı, 23 iyun, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 30-da saat 12.30-da Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Quba rayonunda (0230 3355050, Qusar rayonunda (023) 3853157, Xaçmaz rayonunda (023) 3252218, Şabran rayonunda (023) 3532004, Siyəzən rayonunda (023) 3040120, Xızı rayonunda isə (023) 3150100 nömrəli telefonlara zəng etmək mümkündür.