Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Nəqqaşlıq qədimdən bəri Naxçıvanda xalq sənətkarlığının ən məşhur növlərindən biri olub

Naxçıvan, 27 iyul, AZƏRTAC

Müasir dövrümüzdə nəqqaşlığın tarixi haqqında müəyyən məlumatlar olsa da, bu sənət növü tam əhatəli tədqiqata cəlb edilməyib. Nəqqaşlıq daha çox riyazi dəqiqlik, həvəs və səbir tələb etdiyinə görə kütləvi xarakter almayıb. XI əsrdə Avropa ölkələrində qrafika sənəti təşəkkül tapıb. O dövrdən metalişləmə, ağacoyma və silahların bəzədilməsi dəbə düşüb. Beləliklə, bu sənət tezliklə Yaxın Şərqdə, o cümlədən İran, Türkiyə, Misir, İspaniya və Mərakeşdə geniş yayılıb.

Bu sənət növünün bir sıra janrları mövcuddur. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra basma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş təsvirlərə litoqrafiya, ağac üzərində həkk olunmuş təsvirlərə isə ksiloqrafiya deyilir (“lito” yunanca daş, “ksilo” ağac deməkdir). Müasir dövrdə nəqqaşlıqda, əsasən, kitab qrafikası (kitabların tərtibatı), dəzgah qrafikası (bir nüsxədə yaradılan əsərin çoxaldılması), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri və sair) istifadə olunur.

Nəqqaşın səbri və zövqü onun yaratdığı əl işlərində görünür. Eyni zamanda, nəqqaşlar üçün alətlər də vacibdir. Bu alətlər nələrdir, necə hazırlanır, necə istifadə olunur?

Materialı kəsmək üçün müxtəlif alətlərdən istifadə edilir. Puanson formasına görə mismara bənzəyən alətdir. Onun köməyi ilə müxtəlif dərinlikdə və müxtəlif endə xətlər çəkmək (cızmaq) mümkündür. Ştixel nəqqaş qələmi, frezer isə fırlanan kəsici alətdir. Bu alətlərdən indi yalnız zərgərlikdə istifadə olunur.

Müasir dövrün nəqqaşları çox vaxt lazerdən istifadə edirlər. Bu zaman material üzərinə hərf və şəkilləri daha aydın təsvir etmək, iti bucaqları, müxtəlif sıxlıqlı şəkilləri daha dəqiq həkk etmək olur. Metal və şüşə üzərinə təsvir salmaq üçün isə nəqqaşlar müxtəlif kimyəvi turşulardan istifadə edirlər.

Hazırda nəqqaşlığın sənaye üsulundan daha çox istifadə olunur. Müasir dövrdə işlənilən səlis kompozisiyalı, mürəkkəb naxışlı qutular, mücrülər, hədiyyə qovluqları və s. nəqqaşlıq nümunələri sayılır. Hazırda əsl nəqqaşlığın tətbiq edildiyi sahələrdən biri də zərgərlikdir. Ağac, metal, keramika məmulatlarına bəzək vurmaq üçün əlvan metal təbəqələrdən, fil və digər heyvanların sümüyündən, plastmasdan hazırlanan həndəsi formalı kiçik fiqurlar məmulatın üzərinə yerləşdirilir və onlardan müxtəlif formalı naxışlar yaradılır.

Mənbələrdə göstərilir ki, ölkəmizdə nəqqaşlıq sənəti XIX yüzillikdə geniş inkişaf edib. Şamaxıda Mirzə Cəfər, Şuşada usta Qurban Qarabaği, Ordubadda usta Zeynal Nəqqaş və başqaları bu dövrün məşhur ustaları olublar.

Usta Zeynal Nəqqaşın əl işləri həmin dövrdə özünəməxsusluğu ilə seçilib. Onun abidələr üzərinə vurduğu naxışlar zamanın sınağından çıxaraq bu günümüzədək gəlib çatıb. Usta Zeynal Nəqqaş dövrünün məşhur xəttat, nəqqaş və şairi kimi tanınıb. El arasında “Qızıl əlli nəqqaş” adı ilə məşhur olub. Naxçıvan şəhərindəki Xan sarayına, Ordubaddakı Cümə məscidinə, Məşədi Tağının evinə, bu rayondakı Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu naxışlar hələ də qalmaqdadır. O, qədim Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığındakı dağa bitişik “Qara pir”ə möhtəşəm naxış elementləri vurub. Eyni zamanda, XIX əsrin axırlarında Ordubaddakı Cümə məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə “Şiri-xurşid” gerbini işləyib. Həmçinin məscidin divarına öz şeirindən beytlər də həkk edib.

Ordubadda təşkil edilən “Əncüməni-şüəra” adlı ədəbi məclisin məşğələləri bəzən usta Zeynal Nəqqaşın evində keçirilib. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin məşhur “Tərcümeyi-halım” əlyazmasında usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var. Nəqqaş insanları düz yola, cəmiyyətə xeyir verməyə, pak və ülvi məhəbbətlə sevməyə çağıran bir sıra lirik şeirlərin müəllifi olub.

Nəqqaşlıq qədimdən bəri Naxçıvanda xalq sənətkarlığının ən məşhur növlərindən olub. Naxçıvan Dövlət Tarix Muzeyində muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir. Qədim xalq adət-ənənələri müasir zamanımızda bir çox xalq sənətkarları tərəfindən yaşadılır, inkişaf etdirilir.

Sənətşünas Nizami Alıyev bildirir ki, nəqqaşlıq hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialların üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə, əsasən, məişət əşyalarının bəzək işlərində tətbiq olunur. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib.

Nəqqaşlar ya əl ilə, ya da mexaniki üsulla işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən, nəqqaşlar həm də rəssam və xəttat olurlar. Dekorativ-tətbiqi sənətin ən zərif növlərindən biri sayılan nəqqaşlıq uzaq keçmişdə şöhrətli peşələrdən olub. İndi daha çox müasirləşib və nisbətən istiqamətini də genişləndirib.

Müasir dövrümüzdə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında nəqqaşlıq bəzi qədim sənət növləri ilə birlikdə yaşadılır, gələcək nəsillər üçün qorunub saxlanılır. Bu gün hər bir rəssamın yaratdığı əsərdə nəqqaşlıq elementlərini görmək mümkündür.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu