Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nərgiz Paşayeva: “Şərqdə, müsəlman dünyasında ilk demokratik respublika Azərbaycanda yarandı”

Professor Nərgiz Paşayeva Londonda Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri ilə növbəti görüş keçirib

London, 9 mart, AZƏRTAC

Martın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar Palatasının yüksək səviyyəli tədbirləri keçirilən və İngiltərənin keçmiş Baş naziri Aleksandr Duqlas-Hyumun şərəfinə “Hоme Room” adlandırılan məşhur zalda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadan olan həmsədri, Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord German birgə “dəyirmi masa” keçiriblər.

Tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, jurnalistlər, alimlər, məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiolarda aparıcı kimi çalışmış, Ssenaristlər Gildiyasının mükafatı ilə təltif edilmiş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin müəllifi xanım Bettani Hyuz, Britaniya parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin, baronessa Endryus, baronessa O'Kahoyn, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda iki il əvvəl yaradılmış Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, institutun aparıcı professoru Robert Hoyland iştirak ediblər.

Xanım Bettani Hyuz “Qədim və Yeni Tarix” sahəsində dünyada tanınmış ekspert, bu yaxınlarda BBC-2 telekanalında böyük uğurla nümayiş etdirilən Budda, Konfutsi və Sokrat haqqındakı sənədli filmlərin ssenari müəllifidir. Bettani Hyuz tənqidçilər tərəfindən yüksək qiymətləndirilən qədim Yunanıstan haqqında iki kitabın müəllifidir.

Onun “Troyalı Yelena: ilahə, çariça, yolunu azmış qadın” adlı kitabı 10 dilə tərcümə olunub. “Sikuta fincanı: Sokrat, Afina və gözəl həyat axtarışı” adlı digər əsəri Radio BBC-4-də “həftənin kitabı” olub. Bu əsər “Nyu-York Times” qəzetinin reytinqində ən yaxşı satış siyahısına daxil olub və bir neçə nəşrlər tərəfindən həmin kitab “ilin kitabı” elan edilib.

Bettani Hyuz National Geographic, BBC, Discovery Channel, PBS, History Channel və Channel-4 kanallarında nümayiş etdirilən qədim və müasir tarixi hadisələrə həsr olunan çoxseriyalı sənədli filmlərin ssenari müəllifidir. Onun televiziyadakı fəaliyyəti yüksək qiymətləndirilib. 2009-cu ildə təhsillə bağlı televiziya proqramlarının yayımındakı uğurlu fəaliyyətə görə Bettani Hyuz “Naomi Sargeant Special Award” mükafatına layiq görülüb. 2010-cu ildə qədim yunan mədəniyyətinin tədqiqi sahəsindəki nailiyyətlərinə görə ona Yunanıstanın mədəniyyət departamentinin xüsusi mükafatı təqdim olunub. 2012-ci ildə isə bu sahədəki uğurlu işinə görə Tarixçilər Assosiasiyası onu “Norton Medlicott Award” mükafatı ilə təltif edib.

Xanım Hyuz artıq uzun illərdir ki, dövlət məktəblərində latın və yunan dillərinin tədrisinin təbliği ilə məşğul olan “Iris Project” təhsil və xeyriyyə cəmiyyətinin himayədarıdır. O, həmçinin Şərq və Qərb arasında birgə layihələrin həyata keçirilməsi işi ilə məşğul olan Elm, Texnologiya və Sivilizasiya Təşkilatının müşaviridir.

Baronessa Endryus Leyboristlər Partiyasının üzvü və “per” titulunun ömürlük sahibidir. O, İngiltərə irsi “English Heritage” Dövlət Komissiyasının ilk qadın sədri olub. 2000-ci ildə o, Şərqi Sasseks qraflığının Sautoverdən olan baronessa Endryus kimi ömürlük per tituluna layiq görülüb. 1998-ci ildə o, Britaniya imperiyası ordeni ilə təltif olunub.

Lord Stiven Qrin “McKinsey & Co Inc” menecment-konsaltinq şirkətinin nümayəndəsi kimi Avropa və Şimali Amerikada işləyib. “HSBC Holdings Plc” şirkətinin icraçı direktoru olub. 2010-cu ildə o, Qərbi Sasseks qraflığının Herstpirpointdən olan Baron Qrin kimi ömürlük per tituluna layiq görülüb. 2010-cu il noyabrın 22-də Lordlar Palatasının üzvü olub.

Baronessa O'Kahoyn bir çox şirkətlərə rəhbərlik edib. 1993-ci ildə o, Britaniya imperiyası ordeni ilə təltif olunub. 1991-ci ildə o, Barbikandan olan Baronessa O'Kahoyn kimi ömürlük per tituluna layiq görülüb. Həmin vaxtdan o, Lordlar Palatasının üzvüdür. O, Konstitusiya və İqtisadi Əlaqələr komitələri də daxil olmaqla, Lordlar Palatasının bir çox komitələrində çalışıb. Hazırda Avropa İttifaqı komitəsinin üzvü, həmçinin daxili bazar, infrastruktur və məşğulluq üzrə alt komitənin sədridir. 2014-cü ildə o, Britaniya parlamenti Lordlar Palatasının Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri seçilib. 2010-cu ildə Baronessa O'Kahoyn Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

Adı çəkilən iştirakçıların hər biri Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi məkanda yerləşən ölkə kimi əhəmiyyəti, qədim Böyük İpək yolunun keçdiyi ərazi olaraq tarixi rolu və bir çox məsələlər barədə, bu vaxta qədər Azərbaycan mədəniyyəti və tarixi haqqında bilmədiklərini, oxumadıqlarını sual edərək, müzakirələrdə böyük maraqla iştirak ediblər.

Lord German görüşü açıq elan edərək, yüksək qonaqları salamladı və artıq mütəmadi keçirilməsi nəzərdə tutulan bu görüşün məqsədi barədə iştirakçılara məlumat verdi. Tədbirin mövzusunu səsləndirdikdən sonra Lord German çıxış üçün sözü Cəmiyyətin həmsədri, professor Nərgiz Paşayevaya verdi.

Professor Nərgiz Paşayeva iştirakçılara bu tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirdi. Humanitar əlaqələrin dünyada çox böyük əhəmiyyət kəsb etdiyini, onların sarsılmaz və qırılmaz olduğunu bildirən professor Nərgiz Paşayeva dedi: “İqtisadi-siyasi əlaqələr qurula da bilər, qırıla da bilər. İnsani münasibətlər, vətəndaş cəmiyyətinin münasibətləri isə bir təməl kimi həmişə etibarlı, yararlı olur. Artıq on ilə yaxındır ki, mən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədriyəm. Bu illər ərzində çox şey qazanmışam. Söhbət yalnız bizim daxilində çalışdığımız, hələ 1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatından getmir, mən böyük mənada İngiltərə cəmiyyətini nəzərdə tuturam. Qədim ənənələrə, şanlı tarixə və mədəniyyətə malik olan bu cəmiyyəti yaxından, daxildən tanımağıma çox şadam. Əminəm ki, bu gün biliklərin mübadiləsi çox vacibdir. İnsanlar öz biliklərinin və müsbət arzularının ardınca gedəndə mənəvi dəyərlərini də aparırlar”.

Azərbaycan haqqında növbəti görüşlərdə daha ətraflı müzakirələr aparılacağına ümidvar olduğunu bildirən professor N.Paşayeva dedi: “Mən bir filoloq kimi XX əsrin əvvəllərindən başlayaraq 20 ili əhatə edən dövrü araşdırıram və deyə bilərəm ki, 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrü, tarixə qızıl hərflərlə yazılan bir zaman oldu. Bu illərdə baş verən tarixi hadisələr, yaranan dəyərlər olmasaydı, indi gördüyümüz müasir Azərbaycan dövlətinin və cəmiyyətinin mövcudluğu şübhə altında ola bilərdi. Müasir, mədəni, bədii-estetik, proqressiv, elmi-intellektual, insani və ləyaqətli, mənəvi dəyərlərin məhz o zaman, o dövr çərçivəsində bugünkü təməli qoyuldu. Müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı. Respublikanın ömrü, əfsuslar ki, 23 ay çəkdi. Amma bu 23 ay tariximizin milli qəhrəmanlıq kvintessensiyasına çevrildi. Azərbaycanda çoxpartiyalı hakimi-mütləq parlament yaradıldı. Qadın və kişilərin bərabərhüquqluluğu, qadınların seçki hüququ, söz və fikir azadlığı elan olundu, bütün vətəndaşlar bərabər hüquqda yaşamaq imkanı əldə etdi, senzuradan azad mətbuat yaradıldı. 60-dan çox jurnal və qəzet nəşr olunmağa başladı, tənqidi, realist və demokratik ədəbiyyatımızın təməli qoyuldu, Şərq ədəbiyyatı üçün yeni ədəbi janrlar və formalar yaradıldı, satirik mətbuat və karikatura janrı inkişaf etdi. Şərqdə ilk opera yazıldı və 1908-ci ildə tamaşa səhnəyə qoyuldu. Qadınlar çadradan azad oldular, onlar aktrisa kimi səhnəyə çıxa bildilər, qızlar üçün gimnaziya yaradıldı. Teatr sənəti inkişaf mərhələsinə qədəm qoydu, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmağa başladı, vacib qanunlar qəbul edildi. Birinci dünyəvi universitet yaradıldi, konservatoriya açıldı. Avropa memarlıq üslubunda binalar tikildi.

Azərbaycanda demokratik düşüncəli ziyalı elita hakimiyyətə gəldi. Onlar akademik təhsil almış yüksək mənəvi dəyərlərə malik insanlar idı. Böyük vətənpərvər və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə və onun parlaq çevrəsi Şərqdə ilk demokratik respublikanın yaradıcıları kimi ali ideyaları təlqin edirdilər. Bu, azadlıq və hürriyyət, demokratiya və bərabərlik ideyaları idi. Respublikanın əsas üstün cəhətlərindən biri də onun Avropa inkişaf yoluna üstünlük verməsində idi. Bir çox məqamlarda həmin ideyalar öz bəhrəsini verdi.

Beləliklə, Şimali Azərbaycanda demokratik və müasir ideyalar kök saldı. Təməli o zaman qoyulan ideya və ənənələri biz hazırda qorumağa çalışırıq. Tarixçilər yaxşı bilirlər, 70 ildə bolşeviklərin əldə edə bilmədiklərinə 23 ayda bu respublika nail oldu. Ədalətin, azadlığın, vətənpərvərliyin, mədəni millətlər ailəsinə qovuşmaq istəyinin əməldə, real həyatda təzahürünü verə bildi. Bu dəyərlər həqiqi, unudulmaz dəyərlər idi. Ona görə də heç zaman sovet sisteminin 70 illik saxta ideologiyası gücünə unudula bilməzdi və unudulmadı. Dövlətin himni yazıldı, bayrağı qaldırıldı. Onu da xüsusi qeyd etmək istərdim ki, 1918-ci il dekabrın 7-də üçrəngli bayraq parlament binasında ucaldıldı. Üçrəngli bayrağın qaldırılmasına o zaman Azərbaycanda olan ingilis qubernatoru general Tomsonun böyük dəstəyi olub. O, Bakının qubernatoru olan müddətdə insanlar özünü daha rahat hiss edirdilər. Məhz onun təlimatı əsasında üçrəngli bayrağımız respublika devrilənə qədər daim parlamentin binasında ucaldıldı. Həmin bayraq indi də milli bayrağımızdır”.

Sonra “dəyirmi masa”nın aparıcısı Lord German çıxış üçün sözü Böyük Britaniyada Azərbaycanın bütün sahələrdə öyrənilməsi üzrə yeganə yüksək statuslu elmi-akademik qurum olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin Şərq fakültəsinin professoru Robert Hoylanda verdi. Professor Hoyland tədbir iştirakçılarına qədim İpək Yolunun təşəkkül tapmasında Qafqaz bölgəsinin rolu və konkret olaraq Azərbaycanın əhəmiyyətindən danışdı. O, maraqlı faktlardan biri kimi Cənubi Qafqaza daxil olmaq üçün İpək Yolunda tarixən iki məkandan istifadə olunduğunu qeyd etdi. Bunların Rusiya ilə Gürcüstan arasında dağ aşırımları və daha rahat olan Xəzər dənizi sahili boyunca Dərbənd və Azərbaycan əraziləri olduğu diqqətə çatdırıldı.

Qədim Qafqaz Albaniyası haqqında danışan professor Hoyland onun tarixi və müxtəlif mənbələrdən müasir dövrümüzə qədər gəlib çatan o dövrün abidələrindən danışdı. Bundan sonrakı müzakirələrdə fəal iştirak edən tədbir iştirakçıları tarixi faktları araşdırarkən millətlər arasında bənzərliklərin aşkar edilib diqqətə çatdırılmasının vacib olduğunu qeyd etdilər və bu mənada tarixində bir çox sivilizasiyaları, millətləri və ənənələri, dəyərləri və adətləri özündə birləşdirən Azərbaycan təcrübəsinin özünəməxsus və öyrənilməyə layiq olduğunu qeyd etdilər.

Müzakirələrdə iştirak edənlər məmnunluq hissi ilə iki böyük universiteti təmsil edən və bütün fəaliyyətlərini universitetə, təhsilə, tərbiyəyə, tələbəyə, elmə həsr etmiş və hazırda isə Oksford Universitetində Nizami Gəncəvi adına Elmi Mərkəzin rəhbərləri olan hər iki professora və onların simasında biliklərin daşıyıcıları, qoruyucuları və ötürücüləri olan elm, maarif əhlinə bəslədikləri böyük ehtiram və məhəbbəti ifadə etdilər.

Bu gün burada Azərbaycan haqqında bilmədiklərini eşidib məlumatlandıqları üçün peşəkar həmsöhbətlərlə üz-üzə, səmimi atmosferdə görüşdüklərindən məmnun olduqlarını bildirdilər.

Tədbir zamanı N.Paşayeva dediklərinin sübutu kimi toplaşanlara 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” satirik jurnalının nömrələrinin nüsxəsini, Bakının əsrin əvvəllərində yaradılmış gözəl arxitektura görkəmi haqqında çap edilmiş kitabları nümayiş etdirdi.

Həmçinin Bərdədə həyata keçirilən arxeoloji qazıntı işləri haqqında maraqlı söhbətlər aparıldı. Qeyd edildiyi kimi, Bərdə arxeoloji ekspedisiyası Oksford Universitetinin alim və mütəxəssislərindən ibarət idi. Həmin heyətin rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun doktoru və Brasenose Kollecinin elmi tədqiqatçısı P.Vordsvorsdır. Aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan, bütövlükdə Qafqaz bölgəsinin tarixi və mədəni irsinin öyrənilməsi baxımından yeniliklər vəd etdiyi diqqətə çatdırıldı. Yaxın gələcəkdə Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) heyəti Bərdə şəhərində aparılmış tədqiqatların nəticələri barədə Oksford Universitetində, daha sonra MDU-nun Bakı filialında geniş elmi hesabat, eləcə də ictimai təqdimatla çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor R.Hoyland və professor N.Paşayevanın birgə təşəbbüsü ilə Britaniyanın “Sərhədsiz İrs” (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində “Sərhədsiz İrs” təşkilatının Qəyyumlar Şurasının üzvü və rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika D’arkangelo ötən il sentyabrın 15-20-də professor Nərgiz Paşayevanın dəvəti ilə Bakıda və Bərdədə işgüzar səfərdə olub.

Nizami Gəncəvi Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən məşhur şərqşünas alim Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilinə tərcüməsi Mərkəzin planlaşdırdığı kimi artıq tamamlanıb. Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsərinin Oksford Universitetində ingilis dilinə tərcümə edilməsi Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisədir və kitabın təqdimatının yaxın gələcəkdə Londonda və Bakıda keçirilməsi nəzərdə tutulub.

Beləliklə, bu tərcümə bundan sonra əsl elmi həqiqətləri Azərbaycandan kənardakı oxuculara çatdıracaq, beynəlxalq elmi dairələr tərəfindən mənimsənilə biləcək. Ümid olunur ki, Azərbaycan ədəbiyyatı klassiklərinin və alimlərimizin əsərlərinin qeyri-akademik və peşəkarlıqdan uzaq, həvəskar tərcümə işlərinə nəhayət son qoyulacaq.

Ötən ilin noyabr ayında professor N.A.Paşayevanın Böyük Britaniya Lordlar Palatasının yeddi üzvü ilə Londonda görüşü zamanı Qlamorqan Universitetinin fəxri doktoru, Uelsin məşhur Musiqili-Teatr Kral Kollecinin prezidenti Lord Rou-Beddou professor N.Paşayevanı onun rəhbərlik etdiyi Kral Kollecinin yerləşdiyi Uelsin paytaxtı Kardiffə dəvət edərək həmin məktəbin fəaliyyəti ilə tanış olmasını təklif etmişdi. Dəvətə görə lorda təşəkkürünü bildirən professor Nərgiz Paşayeva məmnuniyyətlə yaxın zamanda Uelsə səfər edəcəyinə söz vermişdi.

2016-cı il martın 4-5-də Nərgiz Paşayeva Uels Musiqili-Teatr Kral Kollecini ziyarət edib, bu təhsil müəssisəsinin direktoru, musiqi və incəsənət sahəsində tanınmış mütəxəssis Hilari Boldinq, kollecin musiqi üzrə direktoru Con Cranmer, beynəlxalq əlaqələr üzrə məsul şəxs Luiza Cons, eləcə də sözügedən təhsil müəssisəsinin tələbə və müəllimləri ilə görüşüb, musiqi dərslərində iştirak edib, Azərbaycan ifaçılıq sənətinə və musiqi mədəniyyətinə dair kitabları və diskləri kollecin kitabxanasına təqdim edib. Görüş zamanı professor Nərgiz Paşayevaya kollecin fəaliyyəti və tarixi haqqında geniş məlumat verilib. Professor N. Paşayeva ilə kollecin direktoru xanım Boldinq kollecdə azərbaycanlı tələbələrin təhsil almaq imkanları haqqında fikir mübadiləsi aparıblar. Həmçinin kollecin dram ixtisası üzrə təhsil alan tələbələrin Bakının ÜNS teatrının səhnəsində ingilis dilində tamaşa ilə çıxış etməsi məsələsi də müzakirə edilib.

Qeyd edək ki, bu kollec 1949-cu ildə Kardiff qəsrində Kardiff Musiqi Kolleci kimi yaradılıb, sonralar Kardiff Universitetinin yaxınlığındakı Byut parkında inşa olunan binaya köçürülüb. Sonralar kollecin adı dəyişdirilərək Uels musiqi və teatr kolleci adlandırılıb. “Kral kolleci” tituluna 2002-ci ildə layiq görülüb. Kollec bu titula layiq görülən 5-ci konservatoriya olub. 2013-cü ildə “Qardian” (The Guardian ) qəzeti Uels Musiqili-Teatr Kral Kollecini Böyük Britaniyanın ən yaxşı beş musiqi konservatoriyası siyahısına salıb.

Kollecdə tədris aşağıdakı ixtisaslar üzrə aparılır: “Aktyorluq sənəti”, “Səhnə menecmenti” (işıq, səs və sair səhnə texniki tərtibat işləri), “Musiqili teatr”, “Teatr dizaynı”, “Bədii rəhbərlik”.

Kollecdə musiqi tədrisi ilə yanaşı, səhnə sənəti üzrə paralel, müştərək təhsil verilir. Burada tələbələr həm musiqiyə aid fənləri öyrənir, həm də teatr sənətinin sirlərinə yiyələnirlər.

Bu tədris müəssisəsində böyük müsabiqə var, bütün dünyadan öz biliklərini sınamaq üçün gənclər buraya gəlirlər. Komissiya 1500 nəfərdən yalnız 50 nəfəri seçir və qəbul edir. Bu Kral Kollecini bitirənlər, şübhəsiz ki, arzu olunan istedadlardır və ona görə də dərhal işlə təmin olunurlar.

Kollecin inzibati və tədris binalarının müasirləşməsinə və tikintisinə vəsait ayıran şəxslər arasında məşhur aktyor Entoni Xopkins də var. Kollecin qədim qəsrdən miras qalan və sonradan müasir musiqi məşq və səsyazma studiyalarına çevrilən bölməsinə bu aktyorun adı verilib. Kollecdə, həmçinin Dora Stoutzker konsert zalı, Reymond Edvard binası, Riçard Barton teatrı da fəaliyyət göstərir.

Kollec Böyük Britaniyanın All-Steinway konservatoriyalarından birincisidir və hazırda Lid Musiqi Kolleci ilə birlikdə oraya daxildir.

Sonda professor N.Paşayeva bu təhsil ocağı tələbələrinin ifasında caz musiqisindən ibarət konsert proqramına tamaşa edib. Kollecin tələbələri hər cümə günü musiqisevərlər üçün belə açıq konsertlər təşkil edirlər.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır