Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nərgiz Paşayeva : Belə cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir VİDEO

İngiltərə-Azərbaycan Cəmiyyətinin Londonda ənənəvi illik yığıncağı keçirilib

London, 29 yanvar, AZƏRTAC

Londonda Böyük Britaniya parlamentinin ictimai-siyasi dinləmələr məkanı olan məşhur “Ettli” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik yığıncağı keçirilib. Qeyd edək ki, bu zalda vaxtaşırı Birləşmiş Krallığın daxili və xarici siyasətində mühüm əhəmiyyət kəsb edən müxtəlif məsələlər müzakirə edilir. Onu da deyək ki, bu zaldan istifadə hüququ inzibati qaydada yalnız parlamentin Nümayəndələr Palatasının üzvlərinə məxsusdur.

Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva, Cəmiyyətin Böyük Britaniya tərəfdən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, yerli və xarici iş adamları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı cari ildə Cəmiyyətin idarə heyətinin tərkibinin müəyyən edilməsi üçün namizədlər səs verməyə təqdim olunub. Səsvermənin nəticəsinə əsasən, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədri isə Lord German bu vəzifəyə yenidən seçiliblər. Sonra İcraiyyə Komitəsinin tərkibi təsdiq olunaraq onun üzvlüyünə beynəlxalq səviyyədə tanınmış 3 nəfər nüfuzlu iş adamının namizədliyi əlavə olunub. Komitəyə yeni seçilmiş şəxslər nüfuzlu beynəlxalq şirkət olan “KCA Deutag”ın təmsilçisi, neft və qaz sənayesində 20 illik təcrübəsi olan Rodriqo Rendon, “ITE Group plc” şirkətinin regional sənaye üzrə direktoru Daril Pousi, habelə Qafqaz və Mərkəzi Asiya üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətinin baş eksperti, təcrübəli iş adamı Deyvid Skillzdir.

İllik yığıncağı açan Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German qurumun ötən il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətində əməyi olanlara minnətdarlığını bildirən Lord German hesabat ili ərzində Cəmiyyət tərəfindən nəzərdə tutulan bütün layihələrin müvəffəqiyyətlə həyata keçirilməsindən danışıb. O, Böyük Britaniya ilə Azərbaycan arasında mədəni, humanitar və təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycana maraq göstərən britaniyalıları Cəmiyyətin fəaliyyəti ilə tanış edib. Lord German həmsədr kimi Nərgiz xanımla işləməkdən şərəf və məmnunluq duyduğunu bildirərək qazanılan nailiyyətləri və Cəmiyyətin danılmaz nüfuzunu əsas amil kimi qeyd edib.

Sonra söz Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya verildi. Tədbir iştirakçılarını salamlayan N.Paşayeva Cəmiyyətin fəaliyyətinə töhfə verən və onun işinə kömək göstərən hər kəsə minnətdarlığını bildirdi. Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin ötən dövr ərzində əldə etdiyi zəngin təcrübəni qeyd edərək, xüsusilə 2015-ci ildə bu qurumun mədəniyyət, təhsil və xeyriyyə sahələrində bir sıra vacib layihələrə start verdiyini və bu layihələrin uğurla həyata keçirilməsindən məmnun olduğunu ifadə etdi. Professor Nərgiz Paşayeva dedi: “Belə Cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir. İngiltərə-Azərbaycan Cəmiyyətinin yaranma tarixi 1997-ci ildən başlayır və gördüyünüz kimi, müəyyən mənada müstəqil Azərbaycanın yaşından bir az cavandır. İngiltərə müxtəlifliyi özündə ehtiva etməyi bacaran və tolerantlığı sözdə deyil, əməldə nümayiş etdirən və təsdiq edən böyük dövlətdir. Bir vətəndaş kimi mənim arzum budur ki, əlaqələrimiz möhkəmlənsin, vətəndaş cəmiyyətlərimiz daha sıx birləşə bilsin, bir-birini anlamağı bacarsın və Azərbaycan müstəqilliyini əbədi saxlasın. Azərbaycan nə deməkdir? Bu, böyük sualdır. Belə böyük sualın doğru cavabının kiçik hissəsini belə əks etdirə biliriksə, özümüzü xoşbəxt sanırıq. Dünyada 50 milyona yaxın adamın danışdığı ana dilimizin bu gecə burada səslənməsi də təkcə simvolik xarakter daşımasın, mədəni simamızı, tarixi zənginliyimizi və milli potensialımızı gələcəkdə təbliğ etməyə yönəlsin”.

Tədbir çərçivəsində təşkil edilən mədəni proqramda Azərbaycan əsilli Britaniya vətəndaşları tarzən Babək Atəş, kaman ustası Aidə Məmmədova və istedadlı gənc pop müğənnisi Elyar Foksun ifasında milli musiqimiz və Avropa musiqi mədəniyyətindən nümunələr səsləndi.

Bununla da İngiltərə-Azərbaycan Cəmiyyətinin illik yığıncağına yekun vuruldu.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Nərgiz Paşayeva : Belə cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub