İDMAN
Nərimanov rayonu XXVII spartakiadada birinci yerdədir
Bakı, 5 mart, AZƏRTAC
Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəblilərinin basketbol yarışı keçirilib. Oğlanlar arasında keçirilən yarış XXVII spartakiadanın proqramına daxil olunub.
AZƏRTAC xəbər verir ki, yarışın nəticəsinə görə I yeri Nəsimi rayonu Bakı Anadolu Türk Liseyinin komandası, II yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbinin komandası, III yeri Yasamal rayonu 18 nömrəli tam orta məktəbinin komandası tutub.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol yarışlarından sonra Nərimanov rayonu 17 xalla I yeri, Sabunçu rayonu 19 xalla II yeri, Səbail rayonu 22 xalla III yeri tutur.