İDMAN


Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə start verilib

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-cı il təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Məktəb– Lisey Kompleksinin mini-futbol meydançasında keçirilir.

Yarışlarda 13 komanda iştirak edir.

Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Bahəddin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər. Salman Əbdülov çıxış edərək futbolun inkişafında, xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib, iştirakçı komandalara müvəffəqiyyətlər arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.