İQTİSADİYYAT


Nərimanov rayonunda 2017-ci ilin birinci yarısının yekunları müzakirə olunub

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 17-də Nərimanov rayonunda 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl rayon rəhbərliyi və rəsmi qonaqlar icra hakimiyyətinin inzibati binasının foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını bildirib. O, Prezidentin qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı tapşırıq və göstərişlər verdiyini qeyd edib.

Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilib. İlin birinci yarısının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 421,6 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artım sürətinin əldə olunduğu bildirilib, istehlakçılara 1 milyard 417,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 33,1 milyon manatlıq investisiyanın yatırıldığı vurğulanıb. Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3810 yeni iş yerinin yaradıldığı bildirilib. Yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi əlavə edilib.

Bildirilib ki, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 1152 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 nəfərin müraciəti dinlənilib və müsbət həllini tapıb. Həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 315 müraciətdə 187-nin tam həll olunduğu, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Rahatlığın Məkanı – Qold” MMC-nin sədri, iş adamı Zəkəriyyə Cəriyev və 14 saylı Uşaq Poliklinikasının baş həkimi vəzifəsini icra edən Zemfira Mirzəyeva rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirib, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.