İDMAN


Nərimanov rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş dama üzrə rayon turnirinə yekun vurulub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

“İstək” liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş dama üzrə rayon turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən turnirdə 18 komandanın tərkibində 108 məktəbli iştirak edib. Turnirdə birinci yerə 258 nömrəli tam orta məktəbin komandası sahib olub. “İstək” liseyinin şagirdləri yarışı ikinci, 212 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə başa vurub.

Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü üzrə əlaqələndirici-kuratoru Salman Əbdülov çıxış edərək iştirakçıları Milli Dirçəliş Günü münasibətilə təbrik edib, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, həmçinin atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıblar.

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.