CƏMİYYƏT


Nərimanov rayonunda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə dekorativ güllər əkilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində dekorativ güllər əkilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun rəhbərliyinin, ziyalıların, sakinlərin və paytaxtımızın qonaqlarının qatıldığı tədbirdə Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən mövcud yaşıllığa qulluq edilib, ətraf ərazi təmizlənərək minlərlə mövsümi dekorativ güllər əkilib.

Qeyd edək ki, rayonun bütün idarə və müəssisələrində bu cür nəcib aksiyaların keçirilməsi təşkil olunub.

Eyni zamanda, rayonun küçə və prospektlərində abadlıq-bərpa işləri aparılaraq müxtəlif növ ağac və kollar əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.