İQTİSADİYYAT


Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi ilə Media şəhərciyinin yaxınlığında diametri 325 millimetrlik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar oktyabrın 25-də saat 9-dan 18-dək Heydər Əliyev, N.Nərimanov, A.M.Cümə, Ə.Rəcəbli, Təbriz, Həsənoğlu, Qarabağ, C.Hacıbəyli küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.