İQTİSADİYYAT


Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Nərimanov rayonunun N.Hacıyev küçəsi ilə F.Yusifov küçəsinin kəsişməsi, 1950-ci məhəllədə yerləşən “RAV” MTK-ya məxsus 120 mənzilli yaşayış binasının qazlaşdırılması məqsədilə çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar avqustun 26-da saat 9-dan 18-dək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonları ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.