CƏMİYYƏT


Nəsimi məktəbliləri Nizami Kino Mərkəzində “Dərvişin qeydləri” filmini izləyiblər

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, iyulun 4-də uşaqların tətil günlərinin daha rəngarəng təşkil edilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” filminin pulsuz nümayişi təşkil olunub. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak edib.

Tədbirdə iştirak edən Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva bildirib ki, yay tətili günlərində uşaqların pulsuz filmlərə baxması və muzeylərə ekskursiyaları davam olaraq təşkil edəcək.

Valideynlər bu kimi tədbirlərin keçirilməsi təşəbbüsünə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.