CƏMİYYƏT
Nəsimi rayon məktəbliləri Lənkəran, Masallı, Astara rayonlarına yola düşüblər VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird Lənkəran, Masallı, Astara rayonlarına yola düşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyada iştirak edəcək məktəblilərin yolasalma mərasimi keçirilib.
Əvvəlcə Nəsimi rayon məktəbliləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güllər düzüblər.
Sonra məktəblilər Konstitusiya Gününə həsr olunan fləşmob nümayiş etdiriblər.
Yolasalma mərasimində çıxış edən valideynlər və məktəblilər göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra məktəblilər xatirə şəkilləri çəkdiriblər və yola salınıblar.