İDMAN


Nəsimi rayon məktəbliləri Velotrekdə olublar

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC 

Azərbaycan Velosiped İdmanı Federasiyası və Nəsimi Rayon İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən, rayon ərazisində yerləşən orta və ali ixtisas təhsil müəssisələri arasında velosiped yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da rayonun 5 orta məktəbinin 150-dək şagirdi arasında ilk yarış keçirilib.

Yarış başlamazdan əvvəl məktəblilər Respublika Velotreki ilə tanış olublar. Onlara dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqda məlumat verilib.

Yarışın yekununda fərqlənən məktəblərin komandaları final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, orta məktəb və ali təhsil müəssisələri arasında keçiriləcək yarışa ümumrayon finalı ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.