ELM VƏ TƏHSİL


Nəsimi rayon məktəblilərinin muzeylərə ekskursiyaları təşkil olunub

Bakı, 11 iyul, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə üç yüz məktəblinin Muzey Mərkəzinə ekskursiyaları təşkil olunub.

Nəsimi RİH-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə məktəblilər C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə tanış olublar. Şagirdlərə muzeyin tarixi, fondları və burada saxlanılan eksponatlar barədə məlumat verilib.

Sonra məktəblilər Azərbaycan İstiqlal Muzeyində muzeydə heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlara baxıblar.

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində də məktəblilərə xalqımızın musiqi tarixi ilə bağlı materialların toplanılması, saxlanılması, araşdırılması və təbliği barədə məlumat verilib. Muzeydə nümayiş olunan Azәrbaycan milli musiqi alәtlәri məktəblilərin marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.