CƏMİYYƏT


Nəsimi rayonunda Eldar şamı ağacları qanunsuz olaraq kökündən çıxarılıb

Bakı, 1 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi 6 ünvanında 60 və 62 saylı binaların bir qrup sakini tərəfindən həmin ərazidə ağacların qanunsuz kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış keçirilən zaman həmin torpaq sahəsinin tikinti məqsədilə hasara alındığı, üç Eldar şamı ağacının qanunsuz olaraq kökündən çıxarıldığı müəyyən olunub. Faktla bağlı torpaq istifadəçisi R.Qocayev barəsində protokol tərtib olunub. O, inzibati xəta törətdiyinə görə 6600 manat məbləğində cərimə edilib.

Tikinti sahəsinin ətrafında mövcud yaşıllıqların qorunub mühafizə olunması üçün ərazi nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.