SİYASƏT


Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC 

Nəsimi rayonunda “Multikulturalizm ili”nə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir 14 nömrəli tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda keçirilib. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada təbliğ edən nadir ölkələrdəndir. Azərbaycanda mövcud olan multikultural mühit təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə multikulturalizmin Azərbaycan modeli formalaşıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Qeyd edilib ki, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və dövlətçilik prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir.

Tədbirdə məktəbin müəllimləri “Multikulturalizm və Azərbaycan”, “Azərbaycanda Multikulturalizm və tolerantlıq”, “Multikulturalizm və adət-ənənələrimiz”, “Multikulturalizm və dünya dinləri”, “Multikulturalizm və insan hüquqları”, “Multikulturalizm – birgə yaşayışın ən ali forması və Azərbaycanda həyat tərzi” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir zamanı şagirdlər mahnılar, rəqslər ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.