CƏMİYYƏT


Nəsimi rayonunda “Ümumrespublika yaşıl marafon” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıl marafon” layihəsi əsasında ölkəmizin bütün guşələrində ağacəkmə kampaniyası davam etdirilir. Layihə çərçivəsində görülən işlər Prezident İlham Əliyevin Bakıda yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.

Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Nəsimi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən “Ümumrespublika yaşıl marafon” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirib. Rayon rəhbərliyinin, idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub.

İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Burada əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi məqsədilə yeni su xətti çəkilib, biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi üçün yerli ağac və gül kolları alınıb. Aksiya zamanı ərazidə 2 min yeni ağac, parklarda gül kolları əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

Moskva prospekti, 20 Yanvar və Asif Məhərrəmov küçələri boyunca yol kənarlarında ağacların əkilməsi bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.