CƏMİYYƏT


Nəsimi rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyəti 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayon qeydiyyat şöbəsi ilə birlikdə Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 nömrəli Körpələr Uşaq Evində tədbir keçirib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə uşaqlara doğum haqqında şəhadətnamələr təqdim edilib.

Nəsimi rayonu ərazisində yerləşən 1 nömrəli Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Burada valideyn himayəsindən məhrum uşaqların yaşaması üçün hər cür şərait yaradılıb. Hazırda bu körpələr evində 56 uşaq yaşayır.

Nəsimi rayon qeydiyyat şöbəsinin əməkdaşları körpələr evindəki uşaqlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıb, balacalara hədiyyələr təqdim ediblər. Şən klounların çıxışları isə uşaqların böyük sevincinə səbəb olub. Balacalar klounlarla əyləncəli və maraqlı oyunlar keçiriblər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, rayon qeydiyyat şöbəsinin müdiri Aynur Sabitova və uşaq evinin baş həkimi Nəhayət Əliyeva daim balacalara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.