CƏMİYYƏT


Nəsimi rayonunda əsaslı təmir olunan park istifadəyə verilib

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra iyulun 14-də ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə istifadəyə verilib. Rayon icra hakimiyyəti tərəfindən təmir edilmiş park 5500 kvadratmetr ərazini əhatə edir.

Parkın ətrafındakı yaşayış binalarının fasadları təmir olunub. Binaların girişlərinə təzə qapılar qoyulub, pəncərələr yeniləri ilə əvəz edilib.

Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, istirahətləri üçün hər biri 20 kvadratmetr olan 3 söhbətgah tikilib. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 idman qurğusu, azyaşlı uşaqlar üçün sahəsi 350 kvadratmetr olan əyləncə avadanlıqlarından ibarət meydança salınıb. Parkda yaşıllıq sahəsi salınıb, gül kolları əkilib, gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılıb.

Parkın ərazisinə 3500 kvadratmetr tamet daşı döşənilib, 500 metr bardür qoyulub. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilib, işıq dirəkləri quraşdırılıb.

Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.