CƏMİYYƏT


Nəsimi rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır

Bakı, 6 iyul, AZƏRTAC

Bakının Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib və hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə rayonun 4-cü mikrorayon ərazisindəki M.Cəlal küçəsi boyunca keçirilən növbəti iməcilik zamanı ərazi müxtəlif məişət tullantılarından təmizlənərək, təmizlik işləri aparılıb, ərazi qurumuş alaq otlarından, kollardan təmizlənib, mövcud yaşıllıqlara qulluq edilib və digər təmizlik işləri görülüb.

M.Cəlal küçəsi 54 və 56 saylı binaların həyətlərində əhalinin ümumi istifadəsində olmalı olan, özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılıb, ərazidəki məişət tullantıları daşınıb, qanunsuz quraşdırılmış konstruksiyalar və alaçıqlar sökülüb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.

Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda uğurla davam etdirilir. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mikrorayonlarda aparılan abadlıq, quruculuq və yenidənqurma işləri sakinlər tərəfindən razılıqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.