CƏMİYYƏT
Nəsimi rayonunda müqəddəs Qurban bayramı qeyd olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Qurban bayramı münasibətilə qurbanlar kəsilib və rayonda yaşayan imkansız ailələrə paylanıb.
Bu münasibətlə təşkil olunan mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Yavər Allahverdiyev çıxış edərək tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Qurban bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, İkinci Dünya müharibəsi veteranlarına, qaçqınlara, bu ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilib.