CƏMİYYƏT


Nəsimi rayonunda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları, pedaqoji işçilər və gənclərin nümayəndələrinin iştirakı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev narkomaniyanın gəncləşməsinin genefond üçün təhlükə yaratdığını və bu sahədə keçirilən tədbirlərin başlıca məqsədinin bu problemlə mübarizədə daha səmərəli yolların araşdırılması olduğunu vurğulayıb.

Rayon polis şöbəsinin nümayəndəsi Vüsal Rüstəmov, rayon prokurorluğunun təmsilçisi Ramiz Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Şəhla Mirzəzadə, rayon gənclər və idman idarəsinin rəis müavini Şahmar Tağıyev çıxışlarında ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olanların sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulduğunu qeyd ediblər. Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə yanaşı, cəmiyyətin hər bir üzvünün fəallığının önəmini bildiriblər.

“Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov, “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “Gənclərin Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seyidova, “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin sədr müavini Aqil Abbasov da çıxışlarında, ilk növbədə, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı vaxtaşırı maarifləndirici tədbirlərin keçirilməsinin, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların idmana cəlb olunmasının önəmini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.