CƏMİYYƏT


Nəsimi rayonunun “Gənc İlhamçıları” Quba şəhərində olublar

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

Respublikamızda gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir.

Belə layihələrdən biri də Nəsimi Rayon İcra Hakimiyyətinin Qubada Qarabağ müharibəsi veteranları və aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlərindən ibarət 150 nəfər üçün təşkil etdiyi “Gənc İlhamçılar” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsidir.

Düşərgə iştirakçıları Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olublar. “Gənc İlhamçılar” burada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələrə baxıblar.

Sonra məktəblilər rayonda yerləşən Gənclər Mərkəzinə gələrək burada şahmat və stolüstü tennis yarışlarında iştirak ediblər. Onlar Quba şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib və xatirə şəkilləri çəkdiriblər. Paytaxt məktəbliləri, həmçinin Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı və Yaşıl Teatr ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.