İQTİSADİYYAT
Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 12 fevral, AZƏRTAC
Bakı şəhəri, Nəsimi rayonu Seyidzadə küçəsi 16 B ünvanında diametri 530 millimetrlik qaz kəmərində qaz sızması aşkar olunub.
"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə, ilk növbədə texniki təhlükəsizlik tədbiri olaraq qaz təchizatının fevralın 12-də saat 16.00-dan dayandırılması məcburiyyəti yaranıb. Baş vermiş qəza halının aradan qaldırıldığı müddətdə Nəsimi rayonunun 2, 3 və 4-cü mikrorayonlarında, həmçinin Seyidzadə, Əliyev, Cavadxan, İsgəndərov və Rəşid Məmmədov küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]