İQTİSADİYYAT
Nəsimi və Səbail rayonlarında bəzi küçələrdə rənglənmə işləri aparılacaq
Bakı, 24 aprel, AZƏRTAC
Nəsimi rayonu ərazisindəki Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu, Rəşid Behbudov küçələrində piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Rənglənmə işlərinə aprelin 24-də axşam 22:00-dan etibarən başlanılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]