CƏMİYYƏT


“Neuron Technologies” şirkəti Azərbaycanın təhsil sistemində innovativ layihələrini genişləndirir

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

“Neuron Technologies” şirkəti ölkəmizin ali təhsil müəssisələrində “Unibook”un – təhsilin və tədrisin informasiya idarəetmə platformasının tətbiqini genişləndirir. Artıq bir neçə nüfuzlu ali təhsil müəssisəsində uğurla istifadə edilən bu sistem ötən ildən etibarən Dövlət Neft və Sənaye Universitetində də tətbiq olunur.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda 9 min tələbəni, min nəfərdən artıq müəllimi və inzibati heyəti vahid elektron platformada birləşdirən bu sistem universitetdə yaradılan yeni proqressiv mühit sayəsində çox qısa zamanda uğurla tətbiq edilir. Artıq universitetdə tələbə və müəllimlərin elektron məlumat bazası yaradılıb, tədrisin idarə edilməsi elektron vasitələrlə həyata keçirilir, tələbələrin qiymətləndirilməsi elektron jurnallar vasitəsilə idarə olunur. Hər bir tələbə və müəllim fərdi identifikasiya parolları vasitəsilə sistemdə öz profillərindən fərdi tədris planlarını idarə edə bilir, öz aralarında elektron kommunikasiya yaradır. Bu sistem həm də bir növ universitet kontingentinin sosial şəbəkəsi rolunu oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.