ELM VƏ TƏHSİL


Nevarda internetə çıxışı təmin edən “ağıllı” ağac quraşdırılıb

Bakı, 8 iyun, AZƏRTAC 

Fransanın 37 min nəfərlik əhaliyə malik Nevar şəhəri Avropada “eTree” texnologiyasının tətbiq edildiyi ilk şəhər olub.

İsrailin “Sol-logic” şirkəti həmin şəhərdə sakinləri daimi internetə çıxış və içməli su ilə təmin edəcək “ağıllı” ağac quraşdırıb. Bu ağac vasitəsilə smartfonları enerji ilə doldurmaq da mümkündür.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, ağacın daxilində enerji doldurma qurğuları, LCD ekran və içməli su ilə təchiz olunmuş fəvvarə quraşdırılıb. Wi-Fi şəhər sakinləri üçün istənilən zaman əlyetərlidir. “eTree” gecə işıqlandırmasına da malikdir. Onun “yarpaqları” qurğunun fasiləsiz işini təmin edən böyük günəş panellərindən ibarətdir.

Qeyd edək ki, “ağıllı” ağac ilk dəfə 2015-ci ilin dekabrında Parisdə keçirilən iqlim problemlərinə həsr olunmuş konfransda təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.