DÜNYA


“New York Post” Tramp haqqında üç sözdən ibarət məqalə dərc edib

Bakı, 1 iyul, AZƏRTAC

“New York Post” qəzeti ABŞ Prezidenti Donald Tramp haqqında cəmi üç sözdən ibarət məqalə dərc edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Trampın tvitləri barədə” sərlövhəli məqalə nəşrin redaksiyasının fikirlərini əks etdirən materiallar bölməsində yerləşdirilib. Bütün mətn bu üç sözdən ibarətdir: “Dayan. Sadəcə dayan”.

“New York Post” qəzeti məqalənin elektron versiyasında Trampın qalmaqala səbəb olan tviti barədəki digər məqaləyə keçid yerləşdirib. Donald Tramp həmin tvitdə onu tənqid edən MSNBC telekanalının iki aparıcısının birini “dəli”, digərini “psixopat” adlandıraraq təhqir edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.