Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“News From Israel” portalı: “Qarabağ problemi – tarix və reallıq”

“News From Israel” portalı: “Qarabağ problemi – tarix və reallıq”

Bakı, 27 aprel, AZƏRTAC

XX əsrin əvvəlində, milli azadlıq hərəkatının yüksəlişi dövründə Azərbaycan xalqı öz tarixi torpaqlarını müdafiə edir, ölkənin ərazi bütövlüyü uğrunda fədakarcasına mübarizə aparırdı. Sovet istorioqrafiyasında Azərbaycan tarixinin bu mürəkkəb və faciəli səhifələrinin reallıqları uzun illər boyu saxtalaşdırılır, bu tədqiqat obyekti “qapalı” mövzulara aid edilirdi. Xalqın mənəvi dəyərlərini məhv etmək məqsədilə onun təfəkkürünə bolşevik ideologiyası zorla yeridilir, bununla paralel olaraq doğma torpağa sevgi və öz etnik köklərinə bağlılıq kimi humanist anlayışlar və müqəddəs dəyərlər xalqın tarixi yaddaşından silinirdi.

Azərbaycan alimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva bu barədə İsrailin “News From Israel” informasiya-analitik portalında dərc edilmiş eksklüziv məqaləsində söhbət açır (http://isp-ngo.com/?p=20643).

M.Əliyevanın fikrincə, süni şəkildə yaradılmış uydurma beynəlmiləlçilik prinsiplərinin məqsədi Azərbaycan xalqının tarixi yaddaşını məhv etmək idi. Azərbaycan alimi yazır: “Nəticədə həqiqət, XX əsrdə Azərbaycanın real tarixi bütünlüklə saxtalaşdırılıb, bu da öz növbəsində tarixdə “ağ ləkələr” yaranmasına kömək edib. XX əsrin axırlarında ölkəmizin dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycan tarixşünaslığının başlıca vəzifəsi Azərbaycan tarixinin öyrənilməmiş səhifələrini tədqiq etməkdən ibarət idi. Azərbaycan istorioqrafiyasının nümayəndələri postsovet konsepsiyasını əsas tutaraq, tarix elmində Sovet ideologiyasının üstünlük təşkil edən stereotiplərini təkzib edərək geniş faktoloji baza əsasında tarixi reallıqları öz araşdırmalarında işıqlandırdılar. XX əsrin əvvəlindən etibarən Azərbaycanın bir sıra tarixçiləri ermənilərin uydurduğu “Qarabağ məsələsi”ni öyrəniblər. Bu problem akademik Ramiz Mehdiyevin tarixi reallıqlara əsaslanan əsərlərində, xüsusən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasında öz əksini tapıb.

Müəllifin fikrincə, həmin tədqiqatın əsas vəzifəsi zəngin faktoloji matris əsasında Azərbaycan xalqına qarşı ermənilərin zorakılıq siyasətini və cinayətkar əməllərini işıqlandırmaq, erməni separatizmini, onun tarixi Azərbaycan torpaqlarına, o cümlədən Dağalıq Qarabağa əsassız ərazi iddialarını öyrənib ifşa etmək və beləliklə, Azərbaycan istorioqrafiyasında bu problemlə bağlı boşluqları doldurmaq, ən başlıcası – ermənilərin mahiyyətcə terror, separatizm və zorakılıq daşıyıcısı olmasını açıb göstərmək idi.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır: “Səfəvi-Osmanlı müharibələri dövründə Erməni Qriqorian Kilsəsi regionda baş verən sosial-siyasi prosesləri diqqətlə izləyir, “erməni məsələsi”nin həllində, yəni öz dövlətçiliyini yaratmaqda kömək üçün Avropa ölkələrinə və Vatikana müraciət edirdi. Lakin Erməni Qriqorian Kilsəsinin bu cəhdləri səmərəsiz oldu.

XVIII əsrin əvvəlində I Pyotrun xarici siyasətinin cənub konturları ermənilərin nümayəndəsi İ.Orini ruhlandırdı. Bu dövrdən başlayaraq ermənilər özlərinin sərsəm “böyük ermənistan” arzularını Rusiya imperiyası ilə bağlayırlar. XIX əsrin ilk 30 ili ərzində əhalisinin 90 faizi müsəlmanlar olan Cənubi Qafqaz torpaqlarını, habelə Azərbaycanın şimal ərazisini işğal etmiş Rusiya bu məkanda öz siyasi hökmranlığını bərqərar etmək məqsədilə İrandan və Osmanlı İmperiyasından olan erməniləri Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırdı”.

M.Əliyeva qeyd edir ki, ermənilər XIX əsrin son 25 ilində Avropanın böyük dövlətlərinin, o cümlədən İngiltərənin köməyinə ümid edərək öz mifik arzularını həyata keçirməyə çalışır, Osmanlı imperiyasında silahlı qiyam ideyaları ilə çıxış edirdi. Məhsəti Əliyeva yazır: “XX əsrin əvvəlində öz məqsədlərinə çata bilməyən millətçi ermənilər Erməni Qriqorian Kilsəsi ilə əlbir olaraq baxışlarını Qafqaza, o cümlədən Azərbaycanın əzəli torpaqlarına yönəldirlər. Birinci Rus inqilabı illərində erməni millətçilər türk dünyasına özlərinin nifrətini gizlətmədən Azərbaycan xalqına qarşı çıxış edirlər. Beləliklə, erməni-azərbaycanlı qarşıdurmasının birinci mərhələsi başlanır. Bu mərhələdə “birinci skripka” rolunda “Daşnaksutyun” partiyası çıxış edir. “Daşnaksutyun” öz millətçi planlarında terroru mübarizə metodu kimi qəbul edərək Azərbaycan torpaqlarında dəhşətli cinayətlər törədir. İnqilabdan sonrakı illərdə daşnaklar Osmanlı imperiyasında “beşinci kalon” matrisini təşkil edirlər. Onlar öz məkrli niyyətlərini gizlətmədən Orta Şərqdən Qafqaza qədər geniş bir ərazidə dinc əhaliyə qarşı soyqırımı əməliyyatları aparan, “zinvor” adlanan silahlı dəstələr təşkil edirlər. Nəticədə erməni başkəsənlər 1 milyon 600 min müsəlmanı fiziki surətdə məhv edib, 600 min müsəlman qaçqın vəziyyətinə düşüb. Birinci Dünya müharibəsi illərində terror və zorakılıq daşıyıcısı olan ermənilərin cinayətləri Avropa dövlətlərinin hakim dairələrində ermənilərin “cəfakeş” obrazına şübhə ilə yanaşmağa əsas verirdi. Lakin erməni millətçilərinin başçıları onların nəzarət etdikləri osmanlı imperiyasının işğal edilmiş Şərq əyalətlərini əldə saxlamaq məqsədilə başkəsən erməni könüllü dəstələrinin qüvvələrin cəmləşdirmək üçün daşnak Andranik Ozanyanın rəhbərliyi ilə böyük dövlətlərdən kömək istəyir, ümid edirdilər ki, sülh müqaviləsi müzakirə edilərkən İngiltərə və Fransa Ermənistana muxtariyyət verilməsi məsələsini irəli sürəcəklər”.

Məqalə müəllifi vurğulayır ki, Birinci Dünya müharibəsi illərində Şərqi Anadoluda Osmanlı İmperiyasına qarşı silahlı qiyam qaldırmış ermənilər “böyük ermənistan” barədə çoxəsrlik arzularını gerçəkləşdirə bilmədilər və bu arzunu Azərbaycan torpaqları hesabına həyata keçirməyi qərara aldılar.

Məhsəti Əliyeva yazır: “Özlərinin cinayətkar mahiyyətini gizlətməyən erməni millətçilər öz əməllərinə son qoymağa hazırlaşmır, çoxəsrlik arzularını reallaşdırmaq məqsədilə dəhşətli cinayətləri davam etdirir, Rusiyada Oktyabr çevrilişindən sonra Azərbaycana üz tuturdular. 1917-ci ilin axırlarında erməni millətçilər təkcə Qarabağda azərbaycanlıların yaşadığı 157 kənddə talanlar təşkil etdilər. Ermənilər Qafqaz regionunda yaranmış anarxiya və hakimiyyətsizlik şəraitindən istifadə edərək ermənilər üçün özgə ərazidə, konkret olaraq Azərbaycan torpaqlarında “böyük ermənistan” yaratmaq üçün cidd-cəhdlə öz əməllərini davam etdirirdi. Ermənilər bu mifik ideyanı reallaşdırmaq məqsədilə Azərbaycanın əzəli torpaqlarında “etnik təmizləmə” aparırdılar. Erməni millətçilərinin bu layihəsində Şaumyan və onun başkəsənlər dəstəsi – Lalayan, Amirov, Amazasp xüsusi fəallıq göstərirdi. Bolşevik ideologiyası ilə pərdələnən Şaumyan 1918-ci ilin yaz-yay aylarında Azərbaycan xalqına qarşı soyqırımı təşkil edir. Bu saxta bolşevikin rəhbərliyi ilə təkcə Bakı quberniyasında müxtəlif konfessiyalara mənsub olan 50 mindən çox dinc sakin məhv edilib. Şaumyan ermənilərin əsas çağırışlarını – Azərbaycan torpaqlarındakı dinc sakinləri məhv etmək və “etnik təmizləmə” aparmaq niyyətlərini əsas götürərək, Gəncə üzərinə yürüş təşkil etdi. Bu halda o, “bir güllə ilə iki dovşan vurmağı” – gənc Azərbaycan Demokratik Respublikasını (ADR) məhv etməyi və Yelizavetpol quberniyasında Azərbaycan xalqına qarşı qətliamı davam etdirməyi planlaşdırırdı. Uğursuzluqla nəticələnmiş “Gəncə yürüşü” əlləri Azərbaycan xalqının qanına batmış Bakı Sovetinin süqutunu sürətləndirdi və beləliklə, S.Şaumyanın bandası ilə əlbir olmuş erməni millətçiləri öz məqsədlərinə çata bilmədilər”.

Zəngəzurda Azərbaycan xalqına qarşı törədilən soyqırımının ADR hökumətini hiddətləndirdiyini qeyd edən müəllif yazır: “ADR-in 1918-ci il 20 dekabr tarixli Fövqəladə iclasında hökumətin üzvləri regionda yaranmış vəziyyəti müzakirə edərək vurğulayıblar ki, talanlar erməni separatçılarının qəsbkarlıq siyasətinin davamıdır. Bu siyasətin məqsədi Zəngəzur və Şuşa torpaqlarını müsəlman əhalisindən təmizləmək və bu əraziləri Azərbaycandan qoparmaqdır. İclasda iştirak edən hökumət üzvləri regionda yaranmış ağır vəziyyəti də nəzərə alaraq bəyan ediblər ki, erməni separatçılarının Zəngəzurda Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırımı ermənilərin antitürk siyasətindən irəli gəlir. “Əhrar” Partiyasının nümayəndəsi A.Əfəndiyev çıxışında xüsusi qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırımı “Ararat Respublikası”nın dövlət siyasətinin tərkib hissəsidir. Parlament iclasının sədri H.Ağaoğlu İrəvan quberniyası müsəlmanlarının məktublarına istinad edərək bildirib ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyununadək İrəvan quberniyasında 200-dən çox Azərbaycan kəndi tar-mar edilib və yandırılıb, sakinlərin bir hissəsi qətlə yetirilib, digərləri aclıqdan və soyuqdan tələf olan qaçqına çevriliblər. H.Ağaoğlu iclas iştirakçılarının diqqətini İrəvan torpaqlarında yaranmış vəziyyət üzərində cəmləşdirərək “Əhrar” Partiyasının nümayəndəsi A.Əfəndiyevin gətirdiyi faktların doğruluğunu təsdiqləyib. Məsələn, o vurğulayıb ki, erməni millətçilərinin Azərbaycan torpaqlarının yerli əhalisinə zor tətbiq etmələri onların azərbaycanlılara münasibətdə soyqırımı siyasətinin vektorlarından biridir”.

Öz mifik planlarını Azərbaycanın əzəli torpaqları hesabına həyata keçirməyə cəhd göstərən cinayətkar ermənilərin dinc Azərbaycan sakinlərinə zor tətbiq etdiklərini qeyd edən Azərbaycan alimi vurğulayır: “Daşnaklar tərəfindən silahlandırılmış millətçilər 1919-cu ilin əvvəlində Qarabağda azğınlıq edirdilər. Erməni milli şurası Zəngəzur, Gorus və Şuşada erməniləri silahlandırır, ADR hökumətinə tabe olmamağa çağırır, Qarabağ general-qubernatorluğuna qarşı qanunsuz fəaliyyət göstərirdi. ADR hökuməti erməni millətçilərinin vəhşiliklərini dayandırmaq məqsədilə, habelə dövlətlərarası münasibətləri müdafiə edərək dəfələrlə “Ararat Respublikası”na notalar göndərib. Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən əl çəkməyən ”Ararat Respublikası” Avropa ölkələrində və ABŞ-da “böyük ermənistan” haqqında sərsəm ideyanı yaymağa davam edir, eyni zamanda guya müsəlman aləmində məhvə məhkum olan əzabkeş erməni obrazı yaradırdı. Yaranmış vəziyyətdə ADR hökuməti dünya ictimaiyyətinə Qarabağın reallıqlarını nümayiş etdirməyə çalışırdı. ADR parlamentinin sədri Ə.Topçubaşov Paris Sülh Konfransında dünya ictimaiyyətinin diqqətini ermənilərin qan və ölüm saçan xisləti üzərində cəmləşdirməyə çalışıb. O, bu məqsədlə Qərb diplomatları ilə fəal danışıqlar aparıb. Onlar “erməni məsələsi”nin boz çalarlarını təəssüflə qeyd edərək, Qərbdə və xüsusilə ABŞ-da ermənipərəst sosial təbəqə yaratmış ermənilərin bu ölkələrdə geniş fəaliyyətlə məşğul olduqlarını, daşnak təşviqatçıların xüsusilə ABŞ-da qarışıq siyasi təşkilatlar yaratmaq yolu ilə fəal siyasətçilərin diqqətini cəlb etdiklərini göstəriblər”.

Məqalə müəllifinin fikrincə, ermənilər eyni zamanda Avropa ölkələrinin diqqətini cəlb etməyə çalışıblar. O yazır: “Bütün ermənilərin katolikosunun nümayəndəsi Poqos Nubar paşa bu məqsədlə Avropaya yola düşüb. O, Londonda ingilis ictimaiyyətinin nümayəndələri ilə “erməni məsələsi”nin həllinə dair fəal danışıqlar aparıb, ermənilərin bu məsələdə Rusiyaya etibar etmədiklərini vurğulayıb. Daşnak Y.Zavriyev Avropa dövlətlərinin “erməni məsələsi”nin həllinə münasibətini qabaqcadan öyrənmək məqsədilə Fransada da danışıqlar aparıb. O, danışıqlar zamanı Fransa diplomatiyasını gələcək Sülh konfransında “erməni məsələsi”nin əlverişli həllinə dəstək göstərməyə təhrik etməyə çalışıb. Ancaq Fransanın baş naziri Brian 1916-cı ilin yayında Poqos Nubar paşanı dəvət edərək, Fransanın bu məsələyə dair tərəddüdlərinin səbəbini izah edib. Səbəb də bundan ibarət olub ki, “erməni xalqının yalnız, məsələn, “Daşnaksutyun” kimi inqilabi təşkilatları var”. Ermənilərə inanmadığını gizlətməyən Rusiya İmperiyası İngiltərə hökumətinin Ermənistanın muxtariyyəti məsələsinə dair müraciətinə konkret cavab verib. Rusiya XİN-in sorğusuna əsasən müşavirə keçirilib. Qafqaz administrasiyasının yüksək vəzifəli məmurları aşağıdakı rəyi veriblər: “...ermənilərin müttəfiqlər üçün çoxlu qurban verməsinə baxmayaraq, onlar muxtariyyətə layiq deyillər, çünki onların inqilabi təşkilatlardan (daha dəqiq desək, terrorçu təşkilatlardan. Bu fakt Rusiya İmperiyasının hökumət dairələrini qorxudurdu – red.) başqa təşkilatları yoxdur. Erməni xalqının iradəsinin və istəklərinin ifadəçisi də məhz bu təşkilatlardır. Bu təşkilatlar Rusiyaya düşməncəsinə münasibət göstərdiyi üçün onların əlinə düşən muxtar Ermənistanın Rusiyaya düşmən kəsiləcəyindən ehtiyat etmək lazımdır”.

M.Əliyevanın fikrincə, bu sənədin tarixi əhəmiyyəti bundan ibarətdir ki, Rusiyanın rəsmi dairələri, o cümlədən Qafqaz ordusunun Baş Qərargahının yüksək rütbəli hərbçiləri artıq 1916-cı ilin ortalarına doğru ermənilərin separatizmə və terrora əsaslanan mahiyyətini – “erməni sindromu”nun sinergiyasını başa düşmüşdülər. M.Əliyeva yazır: “Erməni sindromu”nun dəhşətləri Birinci Dünya müharibəsi illərində parlaq şəkildə təzahür etmişdi. Erməni separatçılarının silahlı qüvvələri Orta Şərqdən Orta Asiyaya qədər coğrafi məkanı əhatə edən arealda iki milyondan çox dinc sakini, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetirmişdilər. Jorj de Malevil, Erik Fayql, Şuxrat Salamov və digər müstəqil tədqiqatçılar öz əsərlərində təkzibedilməz faktlara əsaslanaraq bu barədə yazıblar. Yad bir ərazidə - Azərbaycanın əzəli torpaqlarında öz dövlətini yaradan daşnak hökuməti əsl təcavüzkar oldu. İrəvan quberniyasının ərazisində (Azərbaycanın əzəli torpağı) Ermənistan Respublikası elan edən və bununla da Azərbaycan torpaqlarının 10.400 kvadratmetrini ələ keçirən erməni tərəfi “əldə edilmişlə” kifayətlənməyib Qarabağ torpaqlarına ərazi iddiaları irəli sürdü”.

Məqalə müəllifi vurğulayır ki, Şərqi Anadoluda öz dövlətçiliyini qurmaq arzusunu gerçəkləşdirə bilməyən ermənilər, yəni Erməni Qriqorian Kilsəsi, XIX əsrin sonunda yaradılmış erməni siyasi partiyaları və erməni lobbisi öz çoxəsrlik arzularını Azərbaycan torpaqları hesabına həyata keçirməyə çalışırdılar. Regionda yaranmış sosial-siyasi vəziyyət də buna şərait yaradırdı. Bu da ermənilərə müəyyən ümidlər verirdi və beləliklə, mexanizm işə salındı.

Azərbaycan alimi M. Əliyeva İsrailin “News From Israel” portalında yerləşdirilən eksklüziv materialında fikrini belə tamamlayır: “Azərbaycanın Şuşa şəhərinin erməni icması 1918-ci ilin iyununda Ermənistan Respublikasının, habelə erməni lobbisinin təzyiqi ilə “millətlərin təyini-müqəddəratı hüququ haqqında” tezisi əldə bayraq edərək demaqoq mahiyyətli şüarla çıxış etdi: ”Dağlıq Qarabağ Ararat Respublikası ilə birləşməlidir”. Bu yolla “Dağlıq Qarabağ” problemi müasir tarixi mərhələyə qədəm qoydu. Onun mahiyyəti Azərbaycan tarixini saxtalaşdırmaq, məqsədi tarixi torpaqlarımızı qəsb etmək idi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib