Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“News from Israel”: “Ermənistan Azərbaycana “İsgəndər” raketləri ilə zərbə endirərsə, nəticələrə görə kim cavab verəcək?”

“News from Israel”: “Ermənistan Azərbaycana “İsgəndər” raketləri ilə zərbə endirərsə, nəticələrə görə kim cavab verəcək?”

Bakı, 18 aprel, AZƏRTAC

Son vaxtlar müxtəlif dövlətlər tərəfindən ağır silahlar tətbiq edilməsi barədə hədə-qorxuların sayı get-gedə artmaqdadır. Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Mila Abramoviç İsrailin “News from Israel” informasiya-analitik portalında dərc edilmiş eksklüziv yazısında bu barədə söhbət açır (http://isp-ngo.com/?p=20289).

M.Abramoviçin fikrincə, bu günlərdə Şimali Koreyada yeni raket buraxılması üçün uğursuz cəhddən sonra fəlakətli müharibə təhlükəsi, deyəsən bir qədər azalıb. İsrailli ekspert yazır: “Düzdür, istər ABŞ, istərsə də KXDR kompromisə getmədi, amma hər halda, onların öz hədələrini həyata keçirmələri lazım gəlmədi. Siseronun təbirincə desək, “yaxşı müharibədənsə pis sülh yaxşıdır”. İndiki halda bu, bəlkə də ən yaxşı çıxış yoludur, lakin unutmaq olmaz ki, bu, problemin tam həlli deyil, yalnız müvəqqəti təsəllidir. Beləliklə, həll edilə bilməyən münaqişə aradan qalxmayıb”.

Lakin müəllifin sözlərinə görə, Şimali koreyalı general bütün düşmənləri darmadağın edəcəyi, bundan sonra hətta təslim aktını imzalamaq üçün heç kəsin qalmayacağı barədə hədə-qorxu gəldiyi bir vaxtda Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Yerevanın mövqeyindən söhbət açaraq deyir: “...Bizim aldığımız “İsgəndər” silahları yalnız öz vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Ermənistan prezidenti də bu yaxınlarda birmənalı şəkildə və açıq-aydın bildirib ki, əgər bizim sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaranarsa, bu halda həmin silah tətbiq ediləcək”.

Abramoviç qeyd edir ki, səfirin bu cür bəyanatı çoxlu suallar doğurur. Mila Abramoviç vurğulayır: “Əvvələn, Sarkisyanın rejimi kimi təcavüzkar rejimin “İsgəndər” raketləri ilə təchiz edilməsi nə dərəcədə təhlükəsizdir? İkincisi, əgər hərəkətlərini proqnozlaşdırmaq mümkün olmayan və belə bir ciddi silahla təchiz edilmiş dövlət başçısı həmin silahı tətbiq edərsə, buna görə kim cavabdeh olacaq? Üçüncüsü, Ermənistan səfiri 1961-ci il Vyana Konvensiyası ilə nə dərəcədə tanışdır və öz işində həmin konvensiyanı rəhbər tuturmu? Diplomatiya aləmində deyirlər ki, diplomatın silahı sözdür. Görünür, Ermənistan səfiri sözə necə məharətlə yiyələnmək lazım olması elmini mənimsəyə bilməyib və şantaja əl atır”.

İsrailli ekspertin fikrincə, Sarkisyanın təcavüzkar, separatist rejiminə “İsgəndər” raketinin verilməsi bu silahın “İslam dövləti” terrorçularına təqdim edilməsi qədər təhlükəlidir. Məqalə müəllifi yazır: “Azərbaycana qarşı işğalçılıq müharibəsində Ermənistanın dəst-xətti, o cümlədən ermənilərin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində, eləcə də azərbaycanlı əsirlərlə rəftarında yol verdiyi vəhşiliklər İŞİD-çilərin əsirlərə qarşı törətdiyi vəhşiliklərlə üst-üstə düşür. Bütün bu hadisələrdə Ermənistanın indiki prezidenti Serj Sarkisyan, sabiq naziri Seyran Ohanyanın və Ermənistanın digər vəzifəli şəxslərinin iştirak etdiklərini nəzərə alsaq, bu gün həmin raketlərin bu insanların əlində nə dərəcədə təhlükəli olması aydındır”.

Özünün qeyri-diplomatik hərəkətləri ilə ad çıxarmış Ermənistanın Rusiyadakı səfiri daha sonra deyib: “Biz sülhün qorunması və atəşkəsə riayət edilməsi barədə beynəlxalq sazişlərin tərəfdarıyıq, yoxsa hərbi potensialı artırmaq və bu məsələni hərbi yolla həll etmək siyasəti yürüdürük?”. Burada belə bir sual yaranır: əgər siz sülhün tərəfdarısınızsa, onda qonşu dövlətin işğal olunmuş ərazilərinin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və beynəlxalq birliyin çağırışlarını nə üçün yerinə yetirmirsiniz? Əsir götürülmüş dinc sakinləri nə üçün azad etmirsiniz? Nə üçün atəşkəs rejimini pozursunuz”?

Müəllif qeyd edir ki, səfir 2016-cı ilin aprel ayındakı dördgünlük müharibəni, o vaxt Azərbaycan ordusunun qələbə qazanmasını və öz ərazilərini işğaldan azadetmə prosesinə başladığını xatırladaraq Azərbaycanı hərbiləşməkdə, İsrail və Türkiyə əməkdaşlıq etməkdə günahlandırır. Məqalə müəllif soruşur: "Sual edilir, məgər Ermənistan öz ordusunu militaristləşdirmirmi? Məgər Ermənistana “İsgəndər” raketlərinin gətirilməsi militaristləşdirmə deyilmi? Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində nə işi var?”

Mila Abramoviç qeyd edir ki, Şimali Koreyanın nüvə silahından istifadə etmək barədə hədələrindən sonra dünya özünə gəlməyə macal tapmamış Ermənistan ön səhnəyə çıxaraq, “İsgəndər” raketləri ilə lovğalanmağa başlayıb.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Mila Abramoviç İsrailin “News from Israel” informasiya-analitik portalında dərc edilmiş eksklüziv yazını belə tamamlayır: “Əgər Ermənistan Azərbaycanın Mingəçevir bəndinə “İsgəndər” raketləri ilə zərbələr endirərsə, bunun mümkün nəticələrinə görə, regionda baş verə biləcək ekoloji fəlakətə və yeni qaçqın dalğası yaranmasına görə kim cavab verəcək”?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar