İDMAN


Neymar “Barselona”da Messidən çox maaş alacaq

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC 

“Barselona”nın braziliyalı forvardı Neymar klubu ilə bağlayacağı yeni müqavilədən sonra komandanın lideri olan Lionel Messidən çox əməkhaqqı alacaq.

AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, Kataloniya klubu ilə Neymar arasında yeni müqaviləyə dair imzalanma mərasimi oktyabrın 21-də təşkil ediləcək. Yeni sazişə görə, braziliyalı hücumçunun illik məvacibi 15 milyon avro təşkil edəcək. Onun müqaviləsində, həmçinin 10 milyon avro bonus məbləğin ödənilməsi barədə də müddəa yer alıb.

Bütün bunların cəmi olaraq Neymar nəticədə mövsümə 25 milyon avro qazanacaq. Bu halda, o, illik 22 milyon məvacibi olan argentinalı klub həmkarı Messidən çox maaş almış olacaq. Lakin məlum olub ki, yaxında İspaniya klubu argentinalı ulduzla da yeni saziş imzalayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.