DÜNYA


Neymar Braziliya hökumətini məhkəməyə verib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

“Barselona” futbol klubunun və Braziliya yığmasının hücumçusu Neymar vergi təhqiqatı barədə informasiyanın sızması səbəbindən öz ölkəsinin hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Braziliya paytaxtının federal məhkəməsinin hesabatında hakim Eduardu Santos da Roşa Penteadonun hələ mayın 17-də şikayət ərizəsi aldığı bildirilir. Lakin bu barədə informasiya yalnız indi internetdə peyda olub.

Hakimin artıq Braziliya hökumətindən məşhur futbolçunun məlumatına daxil olma səlahiyyətinə malik əməkdaşların siyahısını tələb etdiyi bildirilir.

2016-cı ilin mart ayında San-Paulu federal məhkəməsi Neymarı 2012-2014-cü illərdə vergidən yayınmaqda təqsirkar bilib. Məhkəmənin qərarına əsasən Braziliya yığmasının hücumçusu dövlət xəzinəsinə 46 milyon avro ödəməlidir. Həmçinin məhkəmənin idmançıya məxsus təyyarə və yaxtaya da həbs qoymaq niyyətində olduğu deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.