Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nəzarət-təftiş xidmətinin yaradılması barədə Mərkəzi Seçki Komissiyasının 10 oktyabr 2011-ci il tarixli 10/35 saylı qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 97-ci maddələrinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən qərara alır:

 

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 oktyabr 2011-ci il tarixli 10/35 saylı Qərarının 1-ci bəndinin 4-cü yarımbəndi aşağıdakı kimi oxunsun:

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri;”

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin