CƏMİYYƏT


“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi fəaliyyətə başlayıb

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələri tərəfindən cavabdeh şəxs qismində təyin olunan əlaqələndiricilər üçün treninq keçirib. Bu sistem test imtahanlarına ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılıb.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, treninqdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak ediblər.

TQDK-nın əməkdaşı Adıgözəl Həbibov “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, sistemlə işləmək qaydaları haqqında ətraflı məlumat verib. A.Həbibov, həmçinin qarşıda duran vəzifələri, o cümlədən bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əmək haqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarının bir daha dəqiqləşdirilməsini, yeni nəzarətçilərin qeydiyyatının aparılmasını, əmək müqavilələrinin bağlanmasını barədə danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi (http://eservices.tqdk.gov.az/nezaretci/) tələb olunan məlumatların daxil edilməsi üçün noyabrın 21-dən dekabrın 9-dək fəaliyyət göstərəcək.

Bu sistemlə işləyəcək ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri üçün treninqlər TQDK-nın regional bölmələrinin əməkdaşları tərəfindən yerlərdə də keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.