İDMAN


Nicat Abasov “Bakı Open-2016”da qələbə seriyasını davam etdirir

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Novxanı qəsəbəsindəki “AF-Hotel”də 11 ölkədən olan şahmatçıların iştirakı ilə keçirilən “Bakı Open-2016” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, ilk beş turdan sonra “A” qrupunda 4 xal toplayan azərbaycanlı qrossmeyster Nicat Abasov, rusiyalılar Vladislav Artemyev, Sənan Syugirov, ukraynalı Stanislav Boqdanoviç və amerikalı Aleksandr Lenderman liderlik edirlər. Ülvi Bacarani, Təbriz İdrisov, Vüqar Rəsulov və Zaur Məmmədov da daxil olmaqla, səkkiz şahmatçı liderlərdən yarım xal geri qalır.

“B” qrupunda isə beş turdan sonra İran şahmatçısı Arya Omidi yüz faizli nəticə əldə edib. Altı şahmatçı, o cümlədən azərbaycanlılar Eldar Musayev, Amil Abbasov, Çingiz Rzayev, Fariz Əhmədov, Elnur Əliyev, habelə iranlı Behrəng Kabudi liderdən yarım xal geri qalırlar.

Xatırladaq ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunan yarışlar 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir. “Baku Open-2016”nın ümumi mükafat fondu 25 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.