İDMAN


“Nicos Cosmetics” şirkəti Azərbaycan Qran-Prisi zamanı marşallara dəstək göstərib

Bakı, 10 iyul, AZƏRTAC

Kosmetik məhsulların istehsalçısı “Nicos Cosmetics” şirkəti Bakıda təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi zamanı fəaliyyət göstərən marşalları saç və dəri üçün olan məhsullar ilə təmin edib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “Nicos Cosmetics”in rəhbərliyi Bakı Marşal Klubu çərçivəsində yarışın rəsmiləri qismində iştirak edən marşallara dəstək göstərməkdən böyük qürur duyduğunu bildirir və yarışda iştirak edən bütün marşallara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Bakı Marşal Klubu da öz növbəsində marşallara göstərdiyi dəstəyə görə şirkət rəhbərliyinə minnətdarlığını bildirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.