İQTİSADİYYAT
Nidal Nabulsi: Biz Xəzər regionunun bazarını öyrənirik
Bakı, 22 may, AZƏRTAC
Biz Xəzər regionunun bazarını öyrənirik.
Bu barədə AZƏRTAC-a “Universal Irrigation Systems” şirkətinin satış və suvarma mühəndisliyi xidmətləri departamentinin direktoru Nidal Nabulsi məlumat verib.
N.Nabulsi deyib: “Sizi İordaniyanın damcılı suvarma boruları, yüksək sıxlıqlı polietilen (HDPE), aşağı sıxlıqlı polietilen (LDPE) borular, ərazi suvarma, filtrasiya, gübrələmə, çiləmə sistemləri və bütün ləvazimatların ən iri istehsalçı və təchizatçısı olan şirkətin stendinə dəvət edirik. Bundan başqa, biz damcılı suvarma sistemləri və boruların hazırlanması üzrə istehsal xəttini təqdim etməklə yanaşı, suvarma, eləcə də suvarma layihələrinin cizgiləri üzrə konsultasiya xidmətləri də təklif edirik”.
Şirkətin təmsilçisi daha sonra deyib: “Biz “Caspian Agro - 2015” sərgisində ilk dəfə iştirak edirik və şirkətimiz bütün məhsul çeşidini Azərbaycan və Xəzər regionunun digər ölkələrində təşviq etmək niyyətindədir. Biz bura işgüzar əlaqələr qurmaq, Xəzər regionu ölkələrində kənd təsərrüfatındakı suvarma bazarlarının tələbat və həcmini öyrənmək məqsədi ilə gəlmişik. Ümidvarıq ki, “Caspian Agro 2015” sərgisində iştirak bizə potensial yerli tərəfdaşlarla işgüzar münasibətlər və uzunmüddətli əməkdaşlıqlar qurmağa kömək edəcək”.