DÜNYA


Niderland Şimal dənizində dünyanın ən böyük külək enerjisi parkını qurur

Bakı, 12 may, Nihad Budaqov, AZƏRTAC

Niderland Şimal dənizində dünyanın ən böyük külək elektrik stansiyası parkını qurur.

AZƏRTAC xəbər verir ki, bu park 1,5 milyon nəfərin elektrik enerjisinə olan tələbatını təmin edəcək. Külək parkı ildə təxminən 2,6 teravat/saat elektrik enerjisi istehsal edəcək.

Qroninqen şəhərinin sahilindən 85 kilometr uzaqlıqda qurulan külək parkı 68 kvadratkilometr sahəni əhatə edir və 150 külək turbinindən ibarətdir.

“Van Oord” və “Siemens” şirkətlərinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin təxminən iki ilə tamamlanması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.