DÜNYA
Niderland kəşfiyyat xidməti: İŞİD Avropada terror hücumları hazırlayır
Bakı, 19 noyabr, AZƏRTAC
Niderlandın xüsusi xidmət orqanları İŞİD qruplaşmasının Avropada terror hücumları hazırladığı barədə məlumat yayıb. Məlumatda Avropa ölkələrində qruplaşmanın 60-80 yaraqlısının olduğu bildirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, terrorla mübarizə üzrə koordinator Dik Shoof İŞİD-in potensial tərəfdarlarının Suriya və İraqa getməyərək, Avropada hücum planları hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu səbəbdən son altı ay ərzində hər iki ölkədə döyüşən yaraqlıların sayında artım müşahidə olunmur. Lakin bu, potensial terror təhlükəsinin azalması demək deyil.
Məlumatda, həmçinin qeyd olunur ki, Avropadan İraq və Suriyada döyüşən “xarici yaraqlıların” sayı təxminən 4-5 min nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]